Londondakı görüşü təxirə saldılar

Bölmə: Dünya › ,
Tarix: 10:35 23.04.2025

Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri bu gün Londonda Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb. 

 

Bildirilib ki, ABŞ Dövlət katibi Marko Rubio Londona səfərdən imtina etdikdən sonra nazirlər görüşü təxirə salıb. 

 

Məlumata görə, planlaşdırılan görüş beş ölkənin digər yüksəkvəzifəli məmurları arasında keçiriləcək. 

 

Bununla belə, telekanal qeyd edib ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Londondadır və çox güman britaniyalı həmkarı Devid Lemmi ilə görüşəcək. 

 

Xatırladaq ki, Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.