Netanyahunun Azərbaycana səfəri gözlənilir

Tarix: 12:40 23.04.2025
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir.
“İnformator.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Israel Hayom” portalı yayıb.
Bildirilib ki, səfərin dəqiq tarixi hələ məlum olmasa da, bunun yaxın zamanlarda baş tutacağı planlaşdırılır.
Məlumata görə, Netanyahu Bakıda bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək.