Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmənin növbəti raundu

Tarix: 17:07 29.04.2025
Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycanın nümayəndə heyətinə XİN müavini Fariz Rzayev, İsveçrə tərəfinə isə Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib. Tərəflər siyasi əlaqələr, qarşılıqlı səfərlər, beynəlxalq tədbirlərdə əməkdaşlıq, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Müvafiq müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İsveçrə arasında əlaqələr əslində 90-cı illərin əvvəllərindən qurulub:
"Bir necə istiqamət üzrə bu əlaqələr inkişaf edir. Əlaqələrimiz yalnız siyasi sahədə irələmir. Eləcə də iqtisadi sahədə inkişaf edir. İsveçrə özü dünyanın əsas maliyyə mərkəzlərindən biri sayılır və bu sahədə çox inkişaf edən bir sistemə malikdir. Azərbaycanın İsveçrə kimi dövlətlə əlaqələri dərinləşdirməsi həm İsveçrə üçün, həm də Azərbaycan üçün çox ciddi bir əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, İsveçrədə hər il baş tutan Davos iqtisadi formuda dünyanın diqqət mərkəzindədir və Azərbaycandan da nümayəndə heyəti hər il demək olar ki, ən yüksək ali səviyyədə təmsil olunmaqdadır".
O, həmçinin açıqlamasında bildirib ki, İsveçrə ilə əlaqələrimizi dərinləşdirməyə potensial var:
"Bunun üçün də ən önəmli məsələ maliyyə sahəsində bizim ölkə də aparıla biləcək, islahatlar, İsveçrə modelinin tədbiq edilməsi və ya öyrənilməsidə ola bilər. Bu sahədə, təbii ki, mütəxəsislərin qarşılıqlı səfərləri inkişaf edirməsi vacibdir. Ermənistan Azərbaycan arasındakı danışıqlara da İsveçrənin imkanları böyükdür. Hətta İkinci Qarabağ müharibəsində Azərbaycan Xarici İşlər Nazirinin mins qrupu sədirləri ilə görüşüdə İsveçrədə keçilirib. Yəni siyasi baxımdan bu əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda kənd təsərüffatı sahəsində də onların ixtisaslaşması var. Həmin sahədə təcrübə mübadiləsinin aparılması da mümkündür".
Ayşən Səlimova