İsrail HƏMAS-ın 5 illik təklifinə “yox” deyib

Bölmə: Siyasət › ,
Tarix: 22:21 29.04.2025

 

İsrail HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin Həmas tərəfindən 5 illik atəşkəs təklifinə yox deməsi gözlənilən idi. Bu deməkdir ki, yəni 5 il ərzində mən güc toplayacam və olan əksikləri tamamlamaq üçün kifayət qədər vaxtım olacaq:

 

“Mənim fikrimcə, bu yanaşma doğru yanaşmadır. Çünki heç kim deyə bilməz ki, 5 il müddətində Həmas öz gücünü nə qədər artıracaq. İstər texnologiya, istərsə də ordu baxımından güclənə bilər. Bu hal da təbii ki, İsrailin maraqlarına uyğun deyil. Bu gün döyüş meydanında üstünlük İsrailin tərəfində olduğu bir vaxtda İsrailin Həmasın bu təklifinə müsbət baxması ağılasığmazdır. Beynəlxalq ictimaiyyət isə stabil olaraq dəstəklədikləri ölkələri dəstəkləməyə davam edəcəklər. Yəni, bir maraq qarşıdurması var. Bu qarşıdurmada da kimin doğru, kimin yanlış etməsindən asılı olmayaraq bəyanatlar hər bir ölkənin milli maraqlarına uyğun hesablanır. Döyüş meydanındakı vəziyyət hər kəsə bəllidir. Bunun qarşısını almaq üçün edilməsi gərəkən addımlar da hər kəsə bəllidir. Beynəlxalq təcrübə onu göstərir ki, kimisə qınamaq və ya bəyanatın səsləndirilməsi heç nəyin qarşısını almır. Sadəcə əməlli addımlar bu məsələdə effektiv olurlar. Buna görə də, gözlər yenə döyüş meydanına fokuslanacaq”.

 

Asiman Vəliyeva