Osman Həmdi bəyin 'itirilmiş' tablosu Londonda 52 milyon TL-yə satılıb

Bölmə: Siyasət › ,
Tarix: 23:26 29.04.2025

Dünya şöhrətli rəssam Osman Həmdi bəyin son zamanlara qədər itdiyi düşünülən “ Qəhvə Hazırlayır ” adlı tablosu aprelin 29-da keçirilən hərracda bir milyon 16 min lirəyə (52 milyon TL) satılıb. Cəmi 50 əsərin dəqiqələr içində tək-tək satıldığı hərracın ən yüksək qiymətləndirilən əsəri Osman Həmdi bəyin tablosu olub. Anonim bir alıcı tərəfindən telefon vasitəsilə kolleksiyasına əlavə edilən 1881-ci il rəsm əsəri Sébah & Joaillier tərəfindən həmin il çəkilib. Əsərin şüşə neqativi də İstanbul Alman Arxeologiya İnstitutu Arxivində idi.

 

Sotheby's hərrac evinin məlumatına görə, əsərin harada olduğu yaxın vaxtlara qədər məlum deyildi. Aprelin 29-da Sotheby's Orientalist Art satışı çərçivəsində hərraca çıxarılan rəsm əsərinin 1-1,5 milyon funt-sterlinq arasında satılacağı gözlənilirdi.
Pera Muzeyinin Şərqşünas Rəsm Kolleksiyasının rəhbəri Barış Kıbrıs bildirib ki, son zamanlar yüksək qiymətə alıcılar tapan Osman Həmdi bəyin əsərinə marağın “təəccüblü deyil”. "Artıq bir əsərin ağ-qara fotoşəkilindən tanıdığımız rəngli təsvirimiz var. Bu baxımdan, bu, sevindirici haldır", - o əlavə edir.


BBC NEWS
Səmayə Səftərova