AMB "Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:44 30.04.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) "Sevinc Kredit ittifaqı" MMC-yə icrası məcburi göstəriş verib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib. Odur ki, "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilən vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.