Almaniya kansleri ABŞ-yə gedir

Bölmə: Dünya › ,
Tarix: 22:39 31.05.2025

Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə hökümət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.

 

O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq.