Qabiliyyət imtahanı-ŞƏRH

Tarix: 19:40 02.05.2025
Qabiliyyət imtahanı – gənclərin yaradıcı potensialını, xüsusi istedad və bacarıqlarını qiymətləndirmək üçün keçirilən mühüm mərhələlərdən biridir. Bu imtahanlar, ənənəvi akademik biliklərdən fərqli olaraq, iştirakçıların praktiki və tətbiqi bacarıqlarını üzə çıxarır və onların gələcək peşə seçimində həlledici rol oynayır. Xüsusilə incəsənət, memarlıq, jurnalistika və digər yaradıcı sahələrə maraq göstərən gənclər üçün qabiliyyət imtahanı özünü ifadə etməyin ilk və əhəmiyyətli addımıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a açıqlamasında bildirib ki, ali təhsil müəssələrində 5ci ixtisas qrupunda yerləşən qabiliyyət yönümlü ixtisaslar var və burada 22 ixtisas yer alır:
"O cümlədən 3cü ixtisas qrupunda jurnalistika ixtisası və 1ci ixtisas qrupunda memarlıq ixtisası da qabiliyyət tələb edir. Əlbəttə, bu imtahanı vermək üçün abituriyentlərdən ciddi hazırlıq tələb olunur. Abituriyentlərin hər hansı bir ixtisas sahəsində qabiliyyətləri varsa onu daha da inkişaf etdirməlidirlər. Bu sahə üzrə təhsil verən müəllimlərlə hazırlaşmalıdırlar. Əgər idman sahəsi üzrə qabiliyyət imtahanı verilirsə burda müəyyən meyarlar var. Məsələn 100 metr məsafəyə qaçış, turnikdə dartınma, jim və.s. Jurnalistika istimatində şəxsdən hər hansı bir mövzu üzrə esse yazması tələb olunur. Orada durğu işarələrinə, dilimizin müvafiq qaydalarına riayət etməsi tələb olunur. Bu imtahanlarda uğurlu olmaq üçün DİM'in nəşr etdiyi qabiliyyət imtahanı ilə bağlı vəsaitlərə diqqət etmək lazımdır".
Fatimə Heydərova