“Ruhun Sədası”- Akif Əsgərovun 85 illiyinə həsr olunan sərgi

Bölmə: Sosial › ,
Tarix: 20:35 02.05.2025

3 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkil etdiyi, Akif Əsgərovun (1940–2023) 85 illik yubileyinə həsr olunan “Ruhun Sədası” adlı fərdi sərgi açılacaq.

 

Ekspozisiyada muzeyin və əksəriyyəti ailə kolleksiyasından olmaqla, ümumilikdə 60-dək dəzgah heykəltəraşlığı nümunəsi yer alıb.

 

Bu sərgi, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynayan Akif Əsgərovun dəzgah heykəltəraşlığı sahəsində yaratdığı əsərləri təqdim etməklə, izləyicini sükut içərisində ruhun sədasını dinləməyə çağırır.

 

Sərgi 3 sentyabr 2025-ci ilədək davam edəcək.

 

Nigar Həsənzadə