Moskvada yaşayış binasında güclü partlayış -Ölənlər var

Bölmə: Dünya › ,
Tarix: 23:54 04.05.2025

Moskvanın General Tyulenev küçəsindəki yaşayış binalarından birində əvvəlcə partlayış daha sonra yanğın çıxıb.

 

“İnformator.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

 

İlkin ehtimala görə, partlayış 9-cu mərtəbədə baş verib. Nəticədə 8-9-cu mərtəbələr uçub. 10-dan çox yaralının olduğu qeyd edilir.

 

 

Hadisə yerinə müvafiq qurumlar cəlb olunub.


Məlumata görə, hadisə zamanı azı 2 nəfər ölüb, 20-yə yaxın yaralı var.