Rumıniyada prezident seçkisində birinci turun qalibi məlum olub

Bölmə: Dünya › ,
Tarix: 00:20 05.05.2025

 

Rumıniyada Milli Alyansın lideri Corce Simion prezident seçkisinin birinci turunda 30% səs toplayıb.

 

 

“İnformator.az” TASS-a istinadən xəbər verir ki, hakim koalisiyanın (Sosial-Demokrat Partiya, Milli-Liberal Partiya və Rumıniya Macar Demokratik Birliyi) vahid namizədi Krin Antonesku və paytaxt Buxarestin bələdiyyə başçısı müstəqil namizəd Nikuşor Dan hər biri 23% səs alaraq ikinci yeri bölüşüblər.

 

 

Nəticə seçki məntəqələrinin bağlanmasından dərhal sonra "exit-poll" kimi açıqlanıb.


Seçici fəallığı 53.18% olub.