Çempionlar Liqası: Bu gün son finalçı bəlli olacaq

Tarix: 10:35 07.05.2025
Bu gün UEFA Çempionlar Liqasında son finalçı məlum olacaq.
"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, PSJ Fransada İngiltərə “Arsenal”ını qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında təşkil olunan ilk matçda PSJ 1:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00. PSJ (Fransa) - “Arsenal” (İngiltərə)
İlk oyun - 1:0.
Qeyd edək ki, cütün qalibi həlledici oyunda İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.