Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək-Zelenski

Tarix: 18:24 15.05.2025
İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.
"İnformator.az"ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.
Zelenski həmçinin danışıqların təşkilinə və məkanla təmin etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
"Bundan başqa, Prezident Ərdoğan Krımın Ukraynanın bir hissəsi olması barədə mövqeyini də təsdiqləyib", - o vurğulayıb.