Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb

Bölmə: İdman › ,
Tarix: 16:27 19.05.2025

Futbol üzrə Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.

 

1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.

 

Qarşılaşmanı izləmək istəyənlər biletləri  iTicket.az satış məntəqələrindən əldə edə bilərlər. Qeyd edək ki, görüş iyunun 10-da, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.