Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal əldə edib

Bölmə: İdman › ,
Tarix: 16:29 19.05.2025

Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.

 

"İnformator.az" Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.


2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.

 

Qeyd edək ki, M.Hüseynova daha əvvəl bu yarışda 200 metr məsafəyə sprint üzrə də bürünc medal əldə edib.