Nigeriyada gəmi batdı:37 ölü

Bölmə: Dünya › ,
Tarix: 16:49 19.05.2025

Nigeriyanın Kwara əyalətində çayda sərnişin daşıyan gəminin batması nəticəsində ilkin məlumata görə 37 nəfər həyatını itirib.
Milli mətbuatda yer alan xəbərlərə görə, bazardan qayıdanları daşıyan gəmi Kwara əyalətinin Gajibo bölgəsindəki çayda batıb.
Qəza zamanı ilkin məlumata görə 37 nəfər ölüb, onlarla nəfər itkin düşüb. Rəsmi şəxslər gəmidə təxminən 150 nəfərin olduğunu və bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.
Rəsmi şəxslər ölənlərin sayının artacağından narahat olduqlarını deyiblər.

Mənbə: TRT HABER
Solmaz Muradova