Kapadokyada 19 may coşqusu: Səma Türk bayraqları ilə bəzədilib

Tarix: 16:29 19.05.2025
Kapadokyada 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə unudulmaz görüntülər yaşanıb. Nevşehirin Göreme qəsəbəsində təşkil olunan tədbirdə, hava şarlarının səbətlərinə Türkiyə bayraqları və Atatürkün afişaları asılaraq səmanın bəzədilməsi təmin edilib.
Tura qatılan yerli və xarici turistlər, hava şarlarına yerləşdikdən sonra Kapadokyanın məşhur pəri bacaları və təbii qaya formasiyaları üzərində təxminən bir saatlıq unikal uçuş təcrübəsi yaşayıblar.
Balon pilotu Bilge Ezel bu mənzərəli uçuşla bağlı fikirlərini bölüşərək belə dedi: “19 May – Müstəqillik Döyüşümüzün başlanğıc nöqtəsidir və bizim üçün böyük əhəmiyyət daşıyır. Kapadokyada Türk bayraqları ilə hava şarları havaya qalxır. Bura dünyanın ən önəmli hava şarı mərkəzlərindən biridir. Kapadokyanın səmasını seyr edən bütün turistlərə şəhidlərimizin və Atatürkün xatirəsini çatdırmaqdan qürur duyuruq. Atatürkə rəhmət və minnətlə yad edirik."
Kapadokyanın bənzərsiz təbiəti və tarixi ab-havası ilə birləşən bu mənzərə, 19 May bayramını xüsusi və yaddaqalan edən görüntülərlə yaddaşlara yazılıb.
Mənbə: Haber global
Mahmudlu Ləman