“Qarşıdakı bir turu da Qarabağ qələbə ilə tamamlayacaq ” -ŞƏRH

Bölmə: İdman › ,
Tarix: 21:31 19.05.2025

Azərbaycan Premyer Liqasının XXXV turunda “Qarabağ” “Kəpəz”ə qalib gəlib. “Azərsun Arena"da baş tutan turun bağlanış görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Mövzu ilə bağlı idman jurnalisti Fuad Eldarov “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağın ümumi oyunu yüksək qiymətləndirilir:

 

“Kəpəz ilə oyunda Qarabağın iddialı olacağını və komplekt heyətlə oynayacağını oyundan qabaq təxmin etmək böyük güc tələb etmir. Etimadlar, ehtimallar və  ümidlər Qarabağın qələbəsinə idi. Bu Azərbaycan çempionatıdır. Qarşı-qarşıya gələn komandalar da hər ikisi də bizim ölkəmizi təmsil edən komandalardır. Ümumi çempionatın vəziyyətinə baxdıqda Qarabağın artıq çempion olduğunu dörd tur əvvəldən görürdük. 

 

Dörd tur sonrada Kəpəzlə oyunda belə çıxış etməsi onu göstərir ki, Qarabağ arxayınlaşmayıb. Öz taktiki planında, gedişində və öz dəsti-xəttindədir. Qarşıdakı bir turu da Qarabağ qələbə ilə tamamlayacaq.

Ümumilikdə mövsümü qalib, çempion komanda kimi başa vuracaq. Heyətdəki daha üstün yerli və legioner futbolçuların, komandanı çox yaxşı bilən baş məşqçi Qurban Qurbanovun olması ilə hər zaman qələbə, çempionluq Qarabağın olub”.

 

Fuad Eldarov qeyd edib ki, Kəpəzin hazırkı vəziyyəti qənaətbəxş deyil: 

 

“Komanda toparlanmalıdır. Fasilədə yeni futbolçular cəlb edilməlidir. Yeni mövsüm üçün planlarını dəyişməlidir. Bundan sonra Gəncə klubundan yeni və daha çox komandası olan mövsüm üçün daha böyük nailiyyətlər, uğurlar gözləmək olar. İndiki vəziyyətdə komanda da problemlərin sayı hədsiz çoxdur. Problemlərin sayının çox olması da komandanın çıxışına təsir edir”.

 

 

Nuray Əliyeva