Papanı Ağ Evə dəvət edib

Tarix: 00:18 20.05.2025
ABŞ Prezidenti Donald Tramp Papa XIV Levi Ağ Evə dəvət edib.
“İnformator.az” CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt brifinqdə bildirib.
Trampın ilk amerikalı Papaya dəvəti bazar günü, XIV Leonun taxta çıxma mərasimi zamanı vitse-prezident Vens vasitəsilə məktubda çatdırılıb.
“Vitse-prezident Papaya prezidentdən və birinci xanımdan ən səmimi arzularını çatdıran və onu Ağ Evə dəvət edən məktub verdi”, - Levitt bildirib.