Zelenski Rusiyanın ultimatimuna cavab verib

Bölmə: Dünya › ,
Tarix: 00:09 20.05.2025

"Ukrayna qoşunlarını öz ərazisindən çıxarmayacaq və Rusiyanın ultimatumlarına tabe olmayacaq".

 

“İnformator.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinqdə deyib:

 

"Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim konstitusion borcumdur, hərbçilərimizin vəzifəsidir. Bəli, hazırda təcavüz nəticəsində işğal olunmuş ərazilər var və heç kim öz torpaqlarını, ərazilərini, xalqını təslim etməyəcək".

 

 

Onun sözlərinə görə, Kiyev ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin bir daha görüşünün keçirilməsi imkanını nəzərdən keçirir: "Bu cür danışıqlar Türkiyə, Vatikan və ya İsveçrədə keçirilə bilər".

 

"Mən Prezident Trampla telefon danışığı zamanı xahiş etdim ki, Ukrayna ilə bağlı heç bir qərar Ukraynanın özünün razılığı olmadan qəbul edilməməlidir", - deyə Zelenski əlavə edib.

 

 

Ukrayna lideri əlavə edib ki, Tramp rusiyalı həmkarı ilə telefon danışığından sonra Fransa prezidenti, İtaliya baş naziri, Finlandiya lideri, Almaniya kansleri, Avropa Komissiyasının rəhbəri və onunla bir saatdan çox söhbətləşib.