“İsrail “Avroviziya”dan xaric edilməlidir” -İspaniyanın Baş naziri

Tarix: 23:10 19.05.2025
İspaniyanın Baş naziri Pedro Sançez İsrailin “Avroviziya” kimi beynəlxalq yarışmalarda iştirakına qadağa qoyulmalı olduğunu deyib.
“İnformator.az” xəbər verir ki, Baş nazir bunu Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanın həmin yarışdan xaric edilməsi ilə müqayisə edib:
“Ukrayna Rusiyadan beynəlxalq yarışmalarda iştirak etməməyi tələb edəndə, heç kim təəccüblənmədi. Bu, İsrail üçün də təəccüblü olmamalıdır. İsrail də yarışmadan xaric edilməlidir, çünki mədəniyyətdə ikili standartlara yol verə bilmərik”.