İtaliya, İngiltərə, Fransa və Almaniya liderləri Tramp ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 21:35 19.05.2025

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirən ABŞ Prezidenti Donald Trampın bundan əvvəl İtaliya Baş naziri Meloni, İngiltərə Baş naziri Starmer, Almaniya Kansleri Merz və Fransa Prezidenti Makron ilə danışdığı bildirilib.

 

İtaliya Baş naziri Giorgia Meloni verdiyi açıqlamada bildirib: 

 

“Dünən axşam saatlarında ABŞ Prezidenti Donald J. Tramp, Birləşmiş Krallığın lideri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Friedrich Merz ilə birlikdə, Trampın bu gün Prezident Putinlə keçirəcəyi telefon danışığından əvvəl fikir mübadiləsi aparmaq məqsədilə telefonla danışdıq.

 

 Əvvəlcə İtaliyanın Avropalı və Qərbli tərəfdaşları ilə birlikdə Prezident Trampın Ukraynada ədalətli, davamlı sülhə yönələn səylərinə verdiyi dəstəyi bir daha ifadə etmək və dərhal və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğulamaq istədim. Ukraynanın bir daha dialoqa başlamağa göstərdiyi iradəni alqışladığımı bildirdim və Moskvanın liderlər arasında birbaşa təmaslar vasitəsilə sülhə aparan danışıqlara ciddi şəkildə qoşulacağına ümid etdiyimi qeyd etdim”.

 

 

 

Haber Global 

Nuray Əliyeva