Starmer ilə bağlı yanğın hücumuna görə üçüncü həbs

Bölmə: Dünya › ,
Tarix: 21:29 19.05.2025

 

 

Böyük Britaniyanın Baş naziri Sir Keir Starmer ilə əlaqəli mülklərə və bir avtomobilə edilən yanğın hücumları ilə bağlı istintaq çərçivəsində üçüncü şəxs həbs edilib.

 

Metropolitan Polisi bu səhər Çelsidə (Londunun qərbi) 34 yaşlı bir kişinin “həyatı təhlükəyə atmaq məqsədilə qəsdən yanğın törətmək üçün sui-qəsd” şübhəsi ilə saxlanıldığını təsdiqləyib.

 

Bu, ötən şənbə günü eyni ittihamla Luton Hava Limanında həbs olunan 26 yaşlı şəxsdən sonra baş verən üçüncü həbşdir. Həmin şəxs hazırda polis nəzarətində saxlanılır və Vestminster Maqistrat Məhkəməsi tərəfindən onunla bağlı əlavə saxlanma orderi verilib.

 

Bundan əvvəl, 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrynovych “həyatı təhlükəyə atmaq məqsədilə üç yanğın hadisəsi törətməkdə” rəsmi şəkildə ittiham olunub. Cənubi-şərqi Londonda, Sydenhamda yaşayan Lavrynovych polis dindirilməsi zamanı bu ittihamları inkar edib və məhkəməyə qədər həbsdə saxlanılır. Onun iyun ayında Old Bailey məhkəməsində ifadə verməsi gözlənilir.

 

Yanğın hadisələri sırasında ən ciddi insident 12 mayın səhər saatlarında Keir Starmer-in ailəsi ilə birlikdə əvvəl yaşadığı Kentish Towndakı bir ünvanda baş verib. Hadisə zamanı giriş hissəsi zədələnib, lakin xəsarət alan olmayıb. Bundan əvvəl, 8 mayda həmin küçədə bir avtomobil də yandırılıb.

 

İstintaq davam edir və hüquq-mühafizə orqanları bu hadisələri ictimai təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirir.

 

ANEWZ

Güllər Gülhüseynova