Rusiya: Sumi və Donetskdə 2 yaşayış məntəqəsi nəzarətimizə keçib

Bölmə: Dünya › ,
Tarix: 21:37 19.05.2025

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumi və Donetsk bölgələrində yerləşən iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

 

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına dair son məlumatlar paylaşılıb.

 

Açıqlamada Rusiya ordusunun Ukrayna cəbhəsində irəlilədiyi vurğulanaraq, “Şimal və Mərkəz hərbi qruplaşmalarına bağlı bölmələr, Sumi bölgəsindəki Maryino və Donetsk Xalq Respublikasının Novoolenovka yaşayış məntəqəsini azad edib”- ifadəsi yer alıb.

 

Rusiya Müdafiə Nazirliyi dünən də Donetsk bölgəsindəki Bogatır yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bildirib.

 

 

Haber Global 

Nuray Əliyeva