Zelenski, Trampa müdafiə və ticarət sahəsində əməkdaşlıq təklif edib

Bölmə: Dünya › ,
Tarix: 21:41 19.05.2025

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklifləri təqdim edib.

 

Ukrayna Prezident Administrasiyasının rəsmi internet saytında yer alan yazılı açıqlamada, Zelenski ilə ABŞ vitse-prezidenti J.D.Vansın bu gün Vatikanda görüşdüyü xatırladılıb.

 

Açıqlamada qeyd olunub ki, görüşdə Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə İstanbulda keçirilən sülh danışıqları və cəbhədəki son vəziyyət müzakirə olunub. Həmçinin tərəflər ABŞ-Ukrayna arasında imzalanan "iqtisadi tərəfdaşlıq" sazişinin icrasını da müzakirə ediblər.

 

Açıqlamada, “Prezident Zelenski, Prezident Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklifləri ehtiva edən məktub göndərdiyini bildirib”-ifadəsi yer alıb.

 

Katoliklərin ruhani lideri və Vatikan dövlət başçısı Papa XIV Leo üçün təşkil olunan mərasimdə iştirak etmək üçün Vatikanda olan Zelenski və Vans bu gün bir araya gəliblər.

 

 

TRT Xəbər 

Nuray Əliyeva