ABŞ vitse-prezidenti: "Ukrayna münaqişəsində mövqeyimizi dəyişə bilərik"

Tarix: 22:10 19.05.2025
"ABŞ anlayır ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar dalana dirənib".
“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib.
"Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinə deyəcək: "Siz ciddisiniz? Siz buna ciddi yanaşırsınız?" , - deyə Vens jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əgər Rusiya sülhə maraq göstərməsə, ABŞ bunun "bizim müharibəmiz olmadığını" deməyə məcbur olacaq.