Ukrayna münaqişəsindən sonra ABŞ Rusiya ilə ticarət edəcək

Bölmə: Dünya › ,
Tarix: 22:35 19.05.2025

Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya ilə Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlıq potensialı məhdudiyyətsizdir.


“İnformator.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra deyib.


“Ukraynada bu fəlakət bitəndə Rusiya ABŞ-lə genişmiqyaslı ticarət etmək istəyir və mən buna razıyam. Rusiyanın böyük sərvət və iş yerləri yaratmaq üçün böyük imkanları var. Potensial məhdudiyyətsizdir”, - Tramp bildirib.