İsraildən Qəzzanın Şərqinə hava zərbəsi

Bölmə: Dünya › ,
Tarix: 22:35 19.05.2025

İsrail ordusundan verilən açıqlamada, hərbi və daxili kəşfiyyat xidmətinin (Şin-Bet) göstərişi ilə “Gideonun Döyüş Arabaları” adlı daimi işğal planı çərçivəsində intensiv hava hücumlarının davam etdiyi bildirilib.

 

Son 24 saat ərzində Qəzzaya 160 hava zərbəsi endirildiyi, bu hücumların Həməsə məxsus silah və infrastruktur obyektlərini hədəflədiyi iddia olunub. 19 yanvar tarixində qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusunun 18 mart səhəri başlayan hücumlarında indiyədək əsasən yaşlılar, qadınlar və uşaqlar olmaqla 3 193 Fələstinli həlak olub, 8 993 nəfər yaralanıb.


TRT HABER

Billurə Quliyeva