BDU-da növbəti seminar: "Mediada İnsan Hüquqlarının Qorunma Prinsipləri"

Bölmə: MEDİA › ,
Tarix: 10:47 23.05.2025

Audivizual Şuranın təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Mediada İnsan Hüquqlarının Qorunma Prinsipləri" mövzusunda növbəti interaktiv seminar keçirildi.

 

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev və Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı fakültənin tələbələri ilə görüşdü.


Tədbiri giriş nitqi ilə Samir Xalidoğlu başladı.

 

Taleh Quliyev öz məruzəsi ilə çıxış etdi. O, Audiovizual Media haqqında iştirakçılara geniş məlumat verərək online media subyektləri haqqında danışdı.

Taleh bəy tələbələrə tövsiyyələrini də bildirdi. Qeyd etdi ki , gündəmdə olan xəbərləri izləmək lazımdır.

Taleh bəy sözü Audiovizual Şuranın  Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlıya ötürdü. Ayxan bəy qeyd etdi ki , media İnsan Hüquqlarını pozmamalıdır.

 

Ayxan Sadıqlı bildirdi ki  , 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverinlik” ilidir. O , beynəlxalq kodeks haqqında da tələbələrə məlumat verdi. O , tədbirin gedişatında vətəndaş hüquqlarından və azadlıqlarından da söz açdı.

“Media haqqında” qanun haqqında da tədbir iştirakçılarını məlumatlandırdı. 

Ayxan Sadıqlı “Məlumat azadlığı haqqında” qanundan da danışdı. Məlumat azadlığının həyata keçirilməsinin prinsplərini də diqqətə çatdırdı.
Daha sonra əliliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması barəsində də iştirakçılara geniş məlumat verdi.


Tədbir interaktiv şəkildə keçdi. Qonaqlar tələbələrin suallarını cavablandırdı.

Sonda Samir bəy fakültəyə gələn qonaqlara təşəkkürünü bildirdi.

 

 

Kəmalə Vəliyeva