Orta Dəhliz: Azərbaycanın Artan Strateji Rolu

Bölmə: Siyasət › ,
Tarix: 17:46 23.05.2025

 

ABŞ Senatında keçirilən dinləmələr zamanı Azərbaycanın Mərkəzi Asiyanı Avropaya birləşdirən enerji körpüsü kimi strateji əhəmiyyəti xüsusi vurğulanıb. Bu çıxışlar çərçivəsində Azərbaycanın Transxəzər enerji dəhlizində oynadığı rol, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional əməkdaşlığın gücləndirilməsi perspektivləri diqqət mərkəzinə çəkilib. ABŞ-ın bu proseslərə verdiyi siyasi dəstək isə layihənin beynəlxalq əhəmiyyətini daha da artırır.

 

Transxəzər layihəsində Azərbaycanın rolu nədir və bu, Avropanın enerji təhlükəsizliyinə necə töhfə verir?

 

Transxəzər layihəsi Orta Dəhlizin bir elementidir. Hazırda Çin, Orta Asiya ölkələrini Avropa ilə birləşdirən bir neçə nəqliyyat dəhlizi mövcuddur: Orta Dəhliz və Cənub Dəhlizi. Orta Dəhliz yeni yaradılmış bir dəhlizdir və o, ilk növbədə iqtisadi cəhətdən həm Cənub, həm də Şimal dəhlizindən daha səmərəlidir. Bu dəhlizlə yüklərin çatdırılma vaxtı qısalır, eyni zamanda daşınma xərcləri azalır ki, bu da onun iqtisadi üstünlüyünü göstərir.

 

Məsələnin geosiyasi tərəfi də önəmlidir. Şimal Dəhlizi Rusiya ərazisindən keçir, Cənub Dəhlizi isə Əfqanıstan, Hindistan, Pakistan kimi gərginlik bölgələrindən keçərək İran üzərindən Avropaya çıxmağı nəzərdə tutur. İranla ABŞ və Avropa İttifaqı arasında münasibətlərin gərgin olması səbəbilə, bu dəhliz geosiyasi baxımdan da qeyri-sabit sayılır.

 

Bu baxımdan Orta Dəhliz həm iqtisadi, həm də geosiyasi cəhətdən Avropa üçün ən əlverişli marşrut hesab olunur. Bu dəhliz Xəzər dənizi üzərindən – yəni Azərbaycan ərazisindən keçir. Buna görə də Azərbaycanın geosiyasi əhəmiyyəti həm Avropada, həm də ABŞ-da yüksəlməkdədir. Avropa ilə Orta Asiya arasındakı əlaqələri Azərbaycan quracaq və bu dəhliz Avropaya həm iqtisadi, həm də siyasi baxımdan ciddi fayda verəcək.

 

ABŞ da adətən Avropa ilə ortaq mövqedən çıxış edir. Avropanın problemi çox vaxt Amerikanın problemi kimi qəbul olunur. Buna görə də ABŞ-ın da Azərbaycana münasibəti müsbət istiqamətdə dəyişməkdədir. Bu, Azərbaycanın qlobal geosiyasi məkanda nüfuzunun artması deməkdir.

 

Azərbaycan bu prosesdən nə qazanacaq?

 

Mövzu ilə əlaqədar iqtisadi ekspert Akif Nəsirli " İnformator.az"a bildirib ki, Transxəzər layihəsi Orta Dəhlizin bir elementidir:

 

"Hazırda Çin, Orta Asiya ölkələrini Avropa ilə birləşdirən bir neçə nəqliyyat dəhlizi mövcuddur: Orta Dəhliz və Cənub Dəhlizi. Orta Dəhliz yeni yaradılmış bir dəhlizdir və o, ilk növbədə iqtisadi cəhətdən həm Cənub, həm də Şimal dəhlizindən daha səmərəlidir. Bu dəhlizlə yüklərin çatdırılma vaxtı qısalır, eyni zamanda daşınma xərcləri azalır ki, bu da onun iqtisadi üstünlüyünü göstərir.

 

Məsələnin geosiyasi tərəfi də önəmlidir. Şimal Dəhlizi Rusiya ərazisindən keçir, Cənub Dəhlizi isə Əfqanıstan, Hindistan, Pakistan kimi gərginlik bölgələrindən keçərək İran üzərindən Avropaya çıxmağı nəzərdə tutur. İranla ABŞ və Avropa İttifaqı arasında münasibətlərin gərgin olması səbəbilə, bu dəhliz geosiyasi baxımdan da qeyri-sabit sayılır.

 

Bu baxımdan Orta Dəhliz həm iqtisadi, həm də geosiyasi cəhətdən Avropa üçün ən əlverişli marşrut hesab olunur. Bu dəhliz Xəzər dənizi üzərindən – yəni Azərbaycan ərazisindən keçir. Buna görə də Azərbaycanın geosiyasi əhəmiyyəti həm Avropada, həm də ABŞ-da yüksəlməkdədir. Avropa ilə Orta Asiya arasındakı əlaqələri Azərbaycan quracaq və bu dəhliz Avropaya həm iqtisadi, həm də siyasi baxımdan ciddi fayda verəcək.

 

ABŞ da adətən Avropa ilə ortaq mövqedən çıxış edir. Avropanın problemi çox vaxt Amerikanın problemi kimi qəbul olunur. Buna görə də ABŞ-ın da Azərbaycana münasibəti müsbət istiqamətdə dəyişməkdədir. Bu, Azərbaycanın qlobal geosiyasi məkanda nüfuzunun artması deməkdir".

 

Azərbaycan bu prosesdən nə qazanacaq?

 

Ekspert suala xavab olaraq bildirib ki, Azərbaycan Avropa və ABŞ kimi dünya gücləri ilə münasibətlərini daha da yaxşılaşdıracaq, bu isə ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək:

 

"Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu də önəmlidir. Hazırda Azərbaycan Avropanın təbii qaza olan tələbatının 4%-ni, neftə olan tələbatının isə 10-12%-ni təmin edir. Gələcəkdə Azərbaycanın Avropaya satdığı qazın həcminin iki dəfədən çox artırılması gözlənilir. Bu, Azərbaycanın karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirəcək.

 

Lakin bu, Azərbaycanın enerji sahəsindəki rolu ilə məhdudlaşmır. Azərbaycan Avropa İttifaqı ilə birlikdə Xəzər dənizinin dibi ilə "yaşıl kabel" çəkməyi planlaşdırır. Layihə artıq hazırlanma mərhələsindədir. Bu kabel Gürcüstan ərazisindən keçərək Xəzər dənizi ilə Avropaya uzanacaq və Azərbaycanın alternativ və bərpa olunan enerjisini Avropaya daşıyacaq. Eyni zamanda, bu kabel Orta Asiya ölkələrinin yaşıl enerji potensialının da Avropaya çıxarılmasına imkan yaradacaq.

 

Yəni, Orta Asiya ölkələrinin alternativ enerji ehtiyatları Xəzərin dibi ilə Azərbaycana, buradan isə Gürcüstan və Qara dənizin altı ilə Avropaya çatdırılacaq.

 

Ermənistan da bu yaşıl kabel layihəsinə qoşulmaq niyyətində olduğunu bildirib. Lakin bu məqsədlə Azərbaycana hər hansı bir rəsmi müraciət edilməyib; yalnız Avropa İttifaqına müraciət olunub. Bu məsələ gələcəkdə müzakirə mövzusu ola bilər. Hazırda isə Ermənistanın ixrac edəcək qədər alternativ və bərpa olunan enerji potensialı yoxdur. Lakin gələcəkdə bu sahədə potensial qazana bilər".

 

Türkan Kərimli