Almaniya Donanmasının fəlakətlə üzləşəcəyi proqnozlaşdırılır

Bölmə: Dünya › ,
Tarix: 19:17 25.05.2025

Almaniya Hərbi Dəniz Qüvvələri üçün altı "F126" sinifli freqatın inşası ən azı 2030-cu ilə qədər təxirə salınıb.


"İnformator.az" xəbər verir ki, bu barədə "Kieler Nachrichten" məlumat yayıb.

 

"Dəniz Donanması yeni fəlakətlə üz-üzədir: Donanmanı döyüş gücünü artırmalı olan 6 yeni 126-cı sinif freqatın inşası təxirə salınacaq", - məlumatda deyilir.

 

Nəşr yazır ki, Almaniya Hərbi Dəniz Qüvvələri ilk dörd freqatı 2020-ci ildə, daha ikisini isə 2024-cü ilin iyununda Niderland gəmiqayırma şirkəti "Damen Naval"dan sifariş edib.


Məqalədə ilk gəmilərin 2028-ci ildə istifadəyə verilməli olduğu, lakin istehsal planlarının dəyişdiyi vurğulanır.