Tramp ABŞ DİN başçısını Vaşinqtonda diplomatların öldürülməsindən sonra İsrailə göndərir

Tarix: 22:57 25.05.2025
Amerika daxili təhlükəsizlik naziri Kristi Noem İsrail səfirliyinin iki əməkdaşının ABŞ paytaxtında öldürülməsindən sonra bazar günü yəhudi dövlətinə yollanır.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Vaşinqtonda baş verən son terror aktından sonra Prezident Donald Tramp daxili təhlükəsizlik naziri Kristi Noemə İsrailə getməyi xahiş edib. Səfər zamanı o, İsrailin baş naziri Binyamin Netanyahu və terrorizm qurbanları ilə görüşəcək", - Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib. Bazar ertəsi Noem İsrailin xarici işlər naziri Gideon Saar ilə görüş keçirəcək, bundan sonra o, Polşaya yollanacaq.