Bu ölkədə Teleqramın bloklanmasına qərar verilib

Bölmə: Dünya › ,
Tarix: 22:11 25.05.2025

Vyetnamda hakimiyyət orqanları cinayətlə mübarizədə hakimiyyətlə əməkdaşlıqdan imtina etdiyinə görə bu ilin iyunun 2-dən Teleqram proqramını bloklamaq niyyətindədir.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

 

Hökumətin hesabatında bildirilir ki, Vyetnamın 9600 yerli Teleqram kanalının 68 faizi fırıldaqçılıq və narkotik ticarəti ilə, bəziləri isə terrorizmlə əlaqəlidir.