Bu ölkə elan etdi: Fələstinin müstəqilliyini tanıyacaq!

Tarix: 23:12 25.05.2025
Maltanın Baş naziri Robert Abela ölkəsinin yaxın gələcəkdə Fələstinin müstəqilliyini tanıyacağını açıqlayıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Maltada artıq Fələstin səfiri var və 2024-cü ildə bu ölkə BMT Baş Assambleyasının Fələstinin təşkilata tamhüquqlu üzv olmaq hüququnu tanıyan qətnaməsinə sponsorluq edib, lakin hələ Fələstin dövlətinin tanınmasını rəsmən bəyan etməyib.
Abelanın sözlərinə görə, bəyanat iyunun 20-də BMT-nin dəstəyi ilə Səudiyyə Ərəbistanı və Fransanın təşkil etdiyi beynəlxalq konfransda açıqlanacaq. Malta hakimiyyətinin nümayəndələri açıq şəkildə bildiriblər ki, konfransda Fələstini tanıyan yeganə ölkə olmayacaq.