Azərbaycan millisinin baş məşqçisi: "Azarkeşlərin dəstəyi sayəsində qələbə qazandıq"

Tarix: 22:51 25.05.2025
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının qrup mərhələsinin son matçında Mavritaniya üzərində qələbə qazandıqları oyunu dəyərləndirib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.
O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:
“Bizə dəstək göstərən xalqımıza təşəkkür edirəm. Sağ olsunlar, əziyyət çəkib arenaya gəlirlər və sona qədər dəstəklərini əsirgəmirlər. Bunun sayəsində qələbə qazandıq. Çətin oyun idi, səbrlə, sona qədər rəqibin müdafiəsini zərərsizləşdirməyə çalışdıq. Matçın bitməsinə az qalmış qol vurmaq bizə nəsib oldu. Uşaqlar yaxşı oyun göstərdilər”.