İsraildən Qəzzaya zərbə: Ləxvani öldürülüb

Tarix: 23:07 25.05.2025
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü öldürüb.
"İnformator.az" Axar.az"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin birgə endirdiyi zərbə nəticəsində terrorçu Əhməd Usamə Həsən əl-Ləxvani öldürülüb. O, HƏMAS-ın dəniz komando bölməsinin tərkibində olub", - məlumatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, öldürülən şəxs 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrailə hücumda iştirak edib.