İran Əfqanıstanla sərhəddə 400 kilometrlik divar inşa edir

Tarix: 19:31 25.05.2025
Rəzəvi Xorasan ostanında Əfqanıstan sərhədinə inşa edilən 100 kilometrlik təhlükəsizlik səddinin inşası başa çatıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İran Baş Qərargah rəisi Məhəmməd Bageri deyib.
O bildirib ki, layihə çərçivəsində ilin sonuna kimi şərq sərhədində 400 km uzunluğunda və 4 metr yüksəkliyində sədd inşa ediləcək.
Bageri sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədilə “ağıllı-elektron” sistemlərin təchiz ediləcəyini bildirib.