Bu bakteriya xəstəxana ləvazimatlarını yeyir

Tarix: 20:40 27.05.2025
Tədqiqatçılar bir xəstənin yara infeksiyasından təcrid olunan “Pseudomonas aeruginosa” bakteriyasının ştammını tədqiq ediblər.
Laboratoriya təcrübələrində bu fermentin plastiki parçalamaqla yanaşı, həm də bu materialdan qida olaraq istifadə edərək bakteriyaların böyüməsini təmin etdiyi müəyyən olunub. Təhlillər nəticəsində məlum olub ki, bakteriyalar parçaladıqları plastik materialları biofilmə birləşdirərək bu quruluşu gücləndirirlər. Tədqiqatçıların fikrincə, bu tapıntılar kateterlər, ortopedik implantlar və yanıq müalicəsi üçün hidrogel yastıqcıqlar kimi plastik əsaslı tibbi cihazların təhlükəsizliyini sual altında qoyur. Bakteriyalar bu cihazları koloniyalaşdıra və onlara zərər verə bilər, bu da müalicələrin uğursuzluğuna və xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.
Mənbə: CNN Türk
Əminə Əliyeva