Prof. Dr. Aygün Attar: Ay Laçın, can Laçın

Tarix: 21:10 27.05.2025
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Azərbaycan-Türkiyə Dostluq Fondunun prezidenti Prof. Dr. Aygün Attar 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə "Ay Laçın, Can Laçın" başlıqlı məqalə qələmə alıb.
Məqalədə Prof. Dr. Aygün Attar Azərbaycanın müstəqilliyini elan etdiyi bu əlamətdar günün tarixi əhəmiyyətinə toxunaraq, eyni zamanda Azərbaycan, Türkiyə və Pakistan arasındakı dərin dostluq və qardaşlıq münasibətlərini vurğulayıb. O, qeyd edib ki, bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə Türk-İslam dünyasının azadlıq və birlik simvoludur.
Attar, məqaləsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən və Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə eyni gündə açılması planlaşdırılan üçüncü beynəlxalq hava limanına da diqqət çəkib. O, bu hadisəni bölgədə yeni əməkdaşlıq imkanlarının təməli və strateji tərəfdaşlığın növbəti mühüm addımı kimi dəyərləndirib.
Mənbə:Haber global
Mahmudlu Ləman