Şri-Lanka XİN Azərbaycanı təbrik edib

Bölmə: Siyasət › ,
Tarix: 10:20 28.05.2025

Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

"Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq", - paylaşımda bildirilib.