İlham Əliyev Trampın məktubundan danışıb

Bölmə: Siyasət › ,
Tarix: 13:45 29.05.2025

"ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubu yüksək qiymətləndirilir".

 

"İnformator.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edərkən bildirib.

 

 

Prezident qeyd edib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

 

Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.