Kristian Eriksen "Mançester Yunayted"dən rəsmən ayrılıb

Tarix: 16:16 30.05.2025
"Mançester Yunayted" klubu danimarkalı futbolçusu Kristian Eriksenlə başa çatan müqaviləsinin müddətini uzatmayıb.
“İnformator.az” xəbər verir ki, tərəflər arasında razılıq əldə olunmadığından futbolçu ilə yollar ayrılıb.
Qeyd edək ki, "Mançester Yunayted" forması ilə bu mövsüm 35 oyunda meydana çıxan Eriksen beş qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.