Tramp: "Sabah Elon Maskın son günü olacaq"

Tarix: 16:19 30.05.2025
ABŞ Prezidenti Donald Tramp, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin etdiyi Elon Mask ilə bağlı mühüm açıqlama verib. Tramp bildirib ki, Mask sabah vəzifəsini tərk edəcək, lakin onun hökumətlə əlaqəsi davam edəcək.
Prezident Tramp “Truth Social” platformasında etdiyi paylaşımda sabah saat 13:30-da Oval Ofisdə Elon Mask ilə birlikdə mətbuat konfransı keçirəcəyini açıqlayıb. Tramp bu açıqlamasında diqqətçəkən ifadələr işlədib:
“Bu, onun son günü olacaq. Amma əslində belə deyil. Çünki o, hər zaman bizimlə olacaq və hər cəhətdən kömək etməyə davam edəcək. Elon böyük insandır.”
Xatırladaq ki, ABŞ-li milyarder Elon Mask bir müddət əvvəl Hökumətin Səmərəliliyi Departamentinə rəhbər təyin olunub. Onun istefası barədə xəbərlərdən sonra Trampın bu cür açıqlama verməsi diqqətlə izlənilir.
Mənbə:Haber global
Mahmudlu Ləman