Tramp administrasiyası tarifləri bloklayan qərardan şikayət edir

Tarix: 16:21 30.05.2025
ABŞ-nin federal məhkəməsi prezident Donald Trampın fövqəladə hallar haqqında qanunu çərçivəsində tətbiq etdiyi tarifləri bloklayıb. Tramp qərardan apellyasiya şikayəti verib. New York Beynəlxalq Ticarət Məhkəməsi prezidentin səlahiyyətlərini aşdığını iddia edən bir sıra iddiaların kulminasiya nöqtəsi olan qərarı verib. Üç hakim qərar verib ki, Ağ Ev tərəfindən tətbiq edilən fövqəladə vəziyyət qanunu prezidentə demək olar ki, hər hansı bir ölkəyə birtərəfli qaydada tariflər tətbiq etmək səlahiyyəti vermir.
Bunun üzərinə mayın 29-da Tramp administrasiyası apellyasiya məhkəməsinə getdiyini və tarifləri bloklayan məhkəmə qərarı dayandırılmasa, Ali Məhkəməyə gedəcəyini bildirib. Tramp administrasiyası ticarət məhkəməsinin qərarını iqtisadi və xarici siyasət gündəmlərinin mərkəzi olan siyasətlərə mane olacaq və aylarla davam edən diplomatik danışıqları pozacaq “hüquqi cəhətdən müdafiə olunmayan” bir hərəkət adlandırır.
BBC NEWS
Səmayə Səftərova