Kreml Qara dənizdə təhlükəsiz gəmiçiliyi razılaşmaya daxil etməyi gözləyir

Bölmə: Dünya › ,
Tarix: 16:44 30.05.2025

Kreml Qara dənizdə təhlükəsiz gəmiçilik mövzusunun bu və ya digər şəkildə Ukrayna ilə bağlı razılaşmaların bir hissəsi olacağını gözləyir. 

 

“İnformator.az” “APA”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Qara dəniz təşəbbüsünün həyata keçirilməsində işlər necə gedir?” sualına cavabında deyib.

 

“Hazırda hamının diqqəti birbaşa Rusiya-Ukrayna danışıqlarına yönəlib. Şərtlərin siyahısı hazırlanır, müvəqqəti atəşkəs üçün şərtlərin siyahısı razılaşdırılacaq və beləliklə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi bu və ya digər şəkildə gələcək mümkün anlaşmaların tərkib hissəsinə çevriləcək”, - Kremlin sözçüsü vurğulayıb.