ABŞ-də 16 ştat Tramp hökumətinə qarşı iddia qaldırıb

Tarix: 17:38 30.05.2025
ABŞ-nin 16 ştatında fəaliyyət göstərən baş prokurorlar, Tramp hökumətinin Milli Elm Fondunun (National Science Foundation - NSF) tədqiqat fondlarını kəsməsi və yeni məhdudiyyətlər tətbiq etməsinə qarşı federal məhkəmədə iddia qaldırdıqlarını bildiriblər.
New York Baş Prokuroru Letitia James-in rəhbərliyi ilə 16 ştatın baş prokurorları, Tramp hökumətinin Milli Elm Fondunun tədqiqat fondlarını məhdudlaşdırmaq və müxtəliflik proqramlarını ləğv etmək səlahiyyətinin olmadığını vurğulayıblar.
New York Baş Prokuroru James bildirib:
“Tramp hökumətinin elmə və STEM sahəsində müxtəlifliyi təmin etməyə qarşı hücumları iqtisadiyyatımızı və milli təhlükəsizliyimizi zəiflədəcək. Elmin qarşısına siyasəti qoymaq ölkəmizi yalnız geri aparacaq”.
Milli Elm Fondunun məlumatına görə, Tramp hökumətinin siyasətlərindən sonra 1700-dən çox qrant proqramı ləğv edilib, kəsilən fond miqdarı isə 1,4 milyard dollara çatıb.
Mənbə: A HABER
Solmaz Muradova