Yaponiya Suriya ilə bağlı tətbiq edilən sanksiyaları qismən ləğv etməyə qərar verib

Bölmə: Dünya › ,
Tarix: 17:40 30.05.2025

Yaponiya Suriya ilə bağlı tətbiq olunan sanksiyaları qismən ləğv edəcəyini və ən azı 4 bankın sanksiya siyahısından çıxarılacağını açıqlayıb.


Dövlət televiziyası NHK-nın xəbərinə görə, Kabinetin Baş Katibi Hayashi Yoşimasə mətbuata bildirib ki, Bəşər Əsəd rejiminin devrildiyi Suriya ilə bağlı sanksiyaların qismən ləğv olunması qərarı geniş qiymətləndirmələr nəticəsində qəbul edilib.


Hayashi bildirib ki, Yaponiya illərlə davam edən böhran səbəbindən zərər çəkmiş Suriya xalqının həyat şəraitinin yaxşılaşmasına töhfə verməli və müsbət təşəbbüsləri dəstəkləməlidir.


Ölkəsinin Suriyada sülh və sabitliyin təmin olunması üçün G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edən Hayashi, beynəlxalq ictimaiyyətlə uzlaşma içində hərəkət edəcəklərini vurğulayıb.


Sanksiyaların ləğv edilməsinin ilk mərhələsində ən azı 4 bank aktivləri dondurulmuşlar siyahısından çıxarılacaq.


Mənbə: TRT HABER
Solmaz Muradova