Makron Çini təhdid edib: NATO müdaxiləsini istəmirsənsə...

Tarix: 19:48 30.05.2025
Çin Şimali Koreya qoşunlarının Avropa ərazisində olmasına icazə verməməlidir.
"İnformator.az" xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Sinqapurda təşkil edilən “Şanqri-La” təhlükəsizlik dialoqunda deyib.
“Son illərdə NATO-nun Asiyada hər hansı rol oynamasına qarşı olmuşam. Çünki mənim üçün N – bu, Şimali Atlantikadır. Lakin Avropa torpağında Rusiya ilə birgə hərəkət edən Şimali Koreya ilə bağlı baş verənlər hamımızı narahat edir. Ona görə də Çin NATO-nun Cənub-Şərqi Asiya, yaxud Asiyadakı işlərə qarışmasını istəmirsə, o zaman Şimali Koreyanın Avropa torpağında fəaliyyətinə icazə verməməlidir”, - deyə o bildirib.