Yaponiya Suriyaya qarşı sanksiyaların bir qismini ləğv etmək qərarı alıb

Tarix: 19:50 30.05.2025
Yaponiya, Suriyaya tətbiq olunan sanksiyaların bir qismini ləğv etmək qərarı aldıqlarını və ən azı dörd bankın sanksiya siyahısından çıxarılacağını bəyan edib.
Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa mətbuata verdiyi açıqlamada bildirib ki, BƏƏS rejiminin devrildiyi Suriyaya qarşı tətbiq olunan sanksiyaların bir qisminin ləğvi barədə qərar geniş qiymətləndirmələr nəticəsində verilib.
Hayaşi bildirib ki, Yaponiya illərlə davam edən böhran səbəbindən vəziyyəti ağırlaşmış Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verməli və müsbət səyləri dəstəkləməlidir.
Ölkəsinin Suriyada sülh və sabitliyin təmin olunmasına yönəlmiş effektiv tədbirlər hazırlamaq məqsədilə G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini bildirən Hayaşi, beynəlxalq cəmiyyətlə uyumlu şəkildə hərəkət edəcəklərini vurğulayıb.
Sanksiyaların ləğvinin ilk mərhələsində, ən azı 4 bank mal varlıqları dondurulmuşlar siyahısından çıxarılacaq.
TRT XƏBƏR
Lalə Qurbanlı