Yaponiya, Suriyaya qarşı sanksiyaları qismən ləğv etmək qərarına gəlib

Bölmə: Dünya › ,
Tarix: 20:09 30.05.2025

Dövlət televiziyası NHK-nin xəbərinə görə, Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa mətbuata verdiyi açıqlamada bildirib ki, BƏƏS rejiminin devrildiyi Suriyaya qarşı tətbiq olunan sanksiyaların qismən ləğv edilməsi qərarı ətraflı dəyərləndirmələr nəticəsində qəbul olunub.

 

Hayaşi, Yaponiyanın, uzun illər davam edən böhran səbəbilə əziyyət çəkən Suriya xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verməli və müsbət səyləri dəstəkləməli olduğu fikrinə əsaslanaraq bu qərarın qəbul edildiyini bildirib.

 

Ölkəsinin, Suriyada sülh və sabitliyin təmin olunmasına yönəlik təsirli tədbirlər görmək məqsədilə G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edən Hayaşi, beynəlxalq ictimaiyyətlə həmrəylik içində hərəkət edəcəklərini vurğulayıb.

 

Sanksiyaların ləğv edilməsinin ilk mərhələsində, ən azı 4 bank dondurulmuş əmlak siyahısından çıxarılacaq.

 

 

TRT Xəbər 

Xəlilli Nigar